Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Azərbaycanda “Halloween” məhsulları neçəyədir? -QİYMƏTLƏR

 

Hellouin artıq Azərbaycanda da qeyd olunur. Son illərdə paytaxtdakı mağaza və əyləncə məkanlarında bu bayrama maraq artıb. Satış nöqtələrində cadugər papaqları, qorxulu maskalar, abadoklar və bəzək əşyaları alıcıların diqqətini çəkir. Restoran və klublar isə xüsusi Hellouin partiləri üçün proqramlar və bilet kampaniyaları təklif edirlər.

Yenixeber.org xəbər verir ki, mağaza və "party shop”larda Hellouin aksesuarlarının qiymətləri fərqli aralıqlarda dəyişir. Ən çox maraq doğuran məhsullar uşaqlar və gənclər üçün nəzərdə tutulub.

Belə ki, uşaqlar üçün Hellouin aksesuarları 1-4 manat aralığında satılır:

Halloween abadok - 3,12 manat

Cadugər papağı (aksesuar) - 1,20 manat

Şeytan abadok və əsa dəsti - təxminən 3,20 manat

Çiçəkli tül abadok - 3,60 manat

Sadə tül abadok - 4 manat

Böyüklər üçün məhsulların qiymətləri isə daha yüksəkdir:

Ghost Face maskası – 10 manat

Cadı şapkası – 20 manata qədər

"Gəzən əl” dekoru – 25 manat

Pariklər – orta hesabla 15 manat

Qorxulu kuklalar – 30-60 manat

Qorxulu maskalar – 45 manat civarında

Restoran və klublarda keçirilən partilərin bilet qiymətləri təxminən 30-50 manat arasında dəyişir. Bu məbləğə adətən DJ proqramı, qrim (face art) xidməti, dekorasiyalı məkanlara giriş və əyləncə proqramı daxildir.

Qeyd edək ki, göstərilən qiymətlər təxmini xarakter daşıyır və məkan, məhsulun keyfiyyəti və satış yerindən asılı olaraq fərqlənə bilər. (Mənbə: Valyuta.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam