Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

ABŞ hərbi zərbələr endirəcək -Hədəflər açıqlandı

 

ABŞ prezidenti Donald Trampın administrasiyası Venesueladakı bir sıra hərbi obyektlərə hava zərbələri endirmək barədə qərar qəbul edib.

Yenixeber.org xəbər verir ki, "Miami Herald" nəşrinin məlumatına görə, əməliyyatlar yaxın günlərdə, bəlkə də bir neçə saat ərzində həyata keçirilə bilər.

Mənbələrin bildirdiyinə görə, zərbələrin əsas hədəfi “Cartel de los Soles” adlı narkotik kartelinin istifadə etdiyi hərbi bazalar olacaq. ABŞ rəsmiləri hesab edir ki, bu cinayət şəbəkəsinə Venesuela rejiminin yüksəkvəzifəli nümayəndələri rəhbərlik edir.

Eyni zamanda, hava əməliyyatları zamanı kartelin liderlərinin də zərbə altına düşə biləcəyi qeyd olunur. ABŞ rəsmiləri bu təşkilatın illik 500 tonadək kokaini Avropa və ABŞ bazarlarına göndərdiyini bildirirlər.

Mənbələrdən biri qeyd edib ki, “Maduronun vaxtı tükənir” və o, tezliklə ölkədən qaça bilməyəcəyi vəziyyətdə qala bilər.

Vaşinqton eyni zamanda Nikolas Maduronun tutulmasına gətirib çıxara biləcək məlumatlar üçün mükafatı ikiqat artıraraq 50 milyon dollara çatdırıb..


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam