Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Daha bir ölkənin rəsmisi Zəfər Paradında iştirak edəcək- FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenixeber.org xəbər verir ki, Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə dövlətimizin başçısını təbrik edərək, bununla bağlı keçiriləcək hərbi parada dəvətə görə təşəkkürünü bildirdi.

Qonaq, həmçinin Slovakiyanın Baş naziri Robert Fitsonun salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Slovakiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyətinin sabah Bakıda keçiriləcək Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirakını yüksək qiymətləndirdi.

Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı ABŞ Prezidentinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması məqsədilə imzalanmış sənədlərin tarixi əhəmiyyətinə toxunaraq, bunun regionda davamlı sülhün təmin edilməsində rolunu vurğuladı.

Robert Kalinak Prezident İlham Əliyevin Slovakiyaya səfərini məmnunluqla gözlədiklərini qeyd etdi.

Söhbət zamanı Azərbaycanla Slovakiya arasında qarşılıqlı anlaşma və dəstəyə əsaslanan ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirildi, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən hərbi və hərbi-sənaye sahələrində genişləndirilməsi üçün imkanların olduğu diqqətə çatdırıldı.

Həmçinin Slovakiyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əlaqələrinin genişləndirilməsinə göstərdiyi dəstəyə toxunuldu.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam