Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Prokurorluq əməkdaşları Zəfər Günü ilə bağlı Gəncə Memorial Kompleksini ziyarət ediblər

 

“Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə Gəncə şəhər, Şəmkir, Samux, Göygöl, Kəlbəcər rayon prokurorluqları, eləcə də Gəncə və Şəmkir hərbi prokurorluqlarının əməkdaşları Gəncə Memorial Kompleksini ziyarət ediblər.

Yenixeber.org xəbər verir ki, ziyarət zamanı prokurorluq əməkdaşları şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyub, Gəncə terroru zamanı həlak olanların ruhuna dualar oxuyublar.

Tədbir iştirakçıları Memorial Kompleksin ekspozisiyası ilə yaxından tanış olub, burada təqdim olunan “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” zallarını ziyarət ediblər.

Kompleksin əməkdaşları qonaqlara məlumat verərək bildiriblər ki, Vətən müharibəsi dövründə cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri dəfələrlə raket hücumlarına məruz qalıb. Nəticədə 6-sı uşaq olmaqla 26 mülki şəxs həlak olub, 180-ə yaxın dinc sakin yaralanıb.

Mülki şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Gəncə şəhərində inşa edilən Memorial Kompleksin açılışı cari ilin 27 sentyabr tarixində – Anım Günündə dövlət başçısının iştirakı ilə baş tutub.

Bu Memorial Kompleks Azərbaycanın mülki əhaliyə qarşı törədilmiş terrora cavabı, şəhidlərin əziz xatirəsinə dərin ehtiramın və gələcək nəsillərə sülhün, ədalətin əhəmiyyətini göstərən simvolik bir rəmz kimi dəyərləndirilir.

Sonda prokurorluq əməkdaşları Kompleksin qarşısında xatirə şəkli çəkdiriblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam