Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Rusiya səfiri XİN-ə çağırıldı -SƏBƏB

bu-olke-de-rusiya-sefirini-cagirdi

Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenixeber.org: Bu barədə Monteneqronun Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyi rusiyalı diplomatın parlamentin ölkə silahlı qüvvələrinin NATO-nun Ukrayna üzrə Təhlükəsizliyə Yardım və Təlim Birliyinə (NSATU) daxil edilməsi barədə qərarını qiymətləndirməsini və prezident Yakov Milatoviçin Fransanın “La Croix” qəzetinə müsahibəsinə verdiyi şərhi qeyd edib.

“Son vaxtlar yersiz bəyanatlar Monteneqronun daxili işlərinə açıq və qəbuledilməz müdaxilənin bariz nümunəsidir. Monteneqro heç kimə öz institutlarının ləyaqətini alçaltmağa imkan verməyəcək”, - bəyanatda deyilir.

Xatırladaq ki, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov da Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, görüş zamanı noyabrın 14-ü təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində “İskəndər” tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam