Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Hakan Fidan Türkiyə-Ermənistan əlaqələrindən danışdı...

Hakan Fidan Türkiyə-Ermənistan əlaqələrindən danışdı


Türkiyə Azərbaycanla koordinasiya və həmrəylik içində əlaqələr qurur.

Yenixeber.org: Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkənin Böyük Millət Məclisindəki (TBMM) çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı əlaqələr ikitərəfli və çoxtərəfli platformalarda davam edir:

"Azərbaycan-Ermənistan sülh prosesində 8 avqustda Vaşinqtonda ortaya qoyulan iradə və Ermənistanla apardığımız normallaşma prosesindəki irəliləyiş, bölgədə uzun müddətdir gözlənilən daimi sülhə yönəlik ümidləri gücləndirib. Qarabağın yenidən qurulması və canlandırılması da daxil olmaqla, Cənubi Qafqazda sülh və sabitliyin təsis edilməsinə yönəlik səylərdə müttəfiqimiz Azərbaycanla koordinasiya və həmrəylik içində hərəkət etməyə davam edirik".

Nazir Türkiyə və Ermənistan arasındakı əlaqələrə də toxunub:

"Ölkəmizlə əlaqələrini normallaşdırma mövzusunda açıq və istəkli bir mövqe göstərən Ermənistanla müxtəlif səviyyələrdə dialoqumuzu davam etdirir, atıla biləcək konkret addımlar üzərində ortaq işlərimizi səmimiyyətlə irəlilədirik. Türkiyə Cənubi Qafqazda sülhün təsis edilməsi və bölgədə ortaq bir rifah sahəsi yaradılması üçün səy göstərməyə davam edir".(report)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam