Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Uçuş aparatı ilə narkotik keçirmək istədilər...

İrandan uçuş aparatı ilə narkotik keçirmək istədilər...


Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Yenixeber.org: Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından uçuş aparatı vasitəsilə narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə (29 kq 575 qram marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram metadon suyu) və 6758 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam