Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

At ətini mal əti adı ilə satmaq istədi… -FOTO

154 kq at ətini mal əti adı ilə satmaq istədi… - Foto


Bərdədə 154 kiloqram at ətinin mal əti adı ilə satışa çıxarılmasının qarşısı alınıb.

Yenixeber.org: Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, AQTA-nın və Daxili İşlər Nazirliyi Bərdə RPŞ-nin əməkdaşlarınin keçirdiyi reyd zamanı Bərdə rayonunda fərdi yaşayış sahəsində istehlaka yararsız ümumi çəkisi 154 kq sümükdən ayrılmış at əti aşkarlanıb.

Yoxlama zamanı mənşəyi məlum olmayan ətin kəsilərək sümükdən ayrıldığı və 99 CJ 158 dövlət qeydiyyat nişanlı "Mersedes" markalı avtomobilin saxlanc yerində antisanitar şəraitdə Natiq Vaqif oğlu Hüseynov tərəfindən mal əti adı altında satış məqsədilə Bakı şəhərinə aparıldığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız at əti soyuducu anbarda saxlanca yerləşdirilib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam