Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşdü -FOTO

Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallager (Paul Richard Gallagher) ilə görüşüb.

Yenixeber.org: Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər inkişaf etməkdə olan Azərbaycan-Vatikan münasibətlərini nəzərdən keçirib, konstruktiv dialoqu, qarşılıqlı hörməti və dinlərarası anlaşmanın, eləcə də qlobal sülh təşəbbüslərinin təşviqi istiqamətində fəal əməkdaşlığı məmnunluqla qeyd ediblər.

Həmçinin siyasi dialoqun daha da gücləndirilməsi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi, eləcə də birgə beynəlxalq layihələrin irəlilədilməsi məqsədilə yüksək səviyyəli təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan ərazisində həyata keçirilən dini və mədəni irsin qorunması və bərpasına dair uğurlu layihələri müzakirə edərək bunun dünya dini və mədəni irsinin mühafizəsinə mühüm töhfə olduğunu vurğulayıblar.

Azərbaycanın dini abidələrin qorunmasına və multikulturalizmin təşviqinə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə uzun illərdir sadiqliyi də xüsusi vurğulanıb.

Görüşdə həmçinin Azərbaycan–Ermənistan normallaşma prosesində əldə olunan irəliləyiş, Vaşinqton sammitində imzalanmış tarixi razılaşmaların icrası və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa quruculuq işləri diqqət mərkəzində olub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam