Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Səudiyyə Ərəbistanının Ali Audit Orqanı Hesablama Palatasının fəaliyyətini qiymətləndirib- FOTO

 

Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən Ali Audit Orqanlarının Ərəb Təşkilatının (ARABOSAI) 15-ci Baş Assambleyası çərçivəsində nümayəndə heyəti Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin Prezidenti Dr. Hussam Alanqarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenixeber.org xəbər verir ki, görüşdə qurumlar arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Sədr Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsi tərəfindən Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirməsini bu əməkdaşlığın mühüm mərhələsi kimi dəyərləndirib. O, qiymətləndirilmənin nəticələrinin Hesablama Palatasının fəaliyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcəyinə inamını ifadə edib və bu məsələnin 2026-2030-cu illər üzrə yeni Strateji Planda nəzərə alındığını qeyd edib.

Dr. Hussam Alanqari Azərbaycan Hesablama Palatasının fəaliyyətində əldə olunan nailiyyətləri yüksək dəyərləndirib və aparılmış həmkar qiymətləndirmənin nəticəsinin bunu bir daha təsdiqlədiyini vurğulayıb.

Görüşün sonunda Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin Prezidenti Hesablama Palatasının sədrinə həmkar qiymətləndirməsinin yekun hesabatını təqdim edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam