Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Cahangir Hacıyevin mühafizəçisinin oğlu ağır cinayətdə İTTİHAM OLUNUR- FOTO

 

Kanadanın Toronto şəhərində polis silahlı adam oğurluğu, cinsi zorakılıq və digər ağır cinayətlərdə şübhəli bilinən üç nəfəri saxlayıb.

Yenixeber.org xəbər verir ki, saxlanılan şəxslər arasında 19 yaşlı Azərbaycan vətəndaşı Osman Əzizov da var.

“Neapolitan” əməliyyatı çərçivəsində Osman Azizovla yanaşı, 19 yaşlı Fərad Sədaət və 26 yaşlı Valid Xan da həbs olunub. Ümumilikdə onlara qarşı 80 ittiham irəli sürülüb. Valid Xanın İŞİD terror təşkilatı ilə əlaqədə olduğu iddia olunur.

Şübhəlilər may-iyun aylarında Torontoda silahlı hücumlar, adam oğurluğu və cinsi zorakılıq hallarını törətməkdə ittiham edilirlər. Axtarışlar zamanı odlu silahlar və döyüş sursatı aşkarlanıb. Valid Xana əlavə olaraq terrorçuluq maddəsi ilə də ittiham irəli sürülüb.

Qeyd edək ki, Osman Əzizov Beynəlxalq Banka rəhbərlik etmiş Cahangir Hacıyevın baş mühafizəçisinin oğlu olduğu bildirilir. Əzizovun ailəsi 2017-ci ildə Kanadaya mühacirət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam