Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

“Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşıb – “Li L9 Ultra” avtomobili sahibini tapıb -FOTO

“Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşıb – “Li L9 Ultra” avtomobili sahibini tapıb
Sərfəli mobil operator “Nar”ın böyük maraq və həyəcanla izlənilən “Çoox Şanslı” stimullaşdırıcı lotereyası möhtəşəm final mərhələsi ilə yekunlaşıb. Lotereyanın final tədbiri tamaşaçıların iştirakı ilə xüsusi şou proqram formatında keçirilib.

Yenixeber.org: Final mərhələsində lotereyanın ən böyük və ən dəyərli hədiyyəsi olan “Li L9 Ultra” avtomobilinin sahibi Vüqar Hümmətov olub. “Nar” qalibi təbrik edərək ona avtomobilin açarını təqdim edib.

Beləliklə, ötən ilin oktyabr ayında start götürən “Çoox Şanslı” lotereyası çərçivəsində oynanılan bütün hədiyyələr sahiblərini tapıb. Lotereya müddətində ümumilikdə 77 ədəd “Xiaomi Redmi Note 14 Pro” smartfonu, 11 ədəd “Haval H6 Ultra” avtomobili, eləcə də böyük final hədiyyəsi olan “Li L9 Ultra” avtomobili qaliblərə təqdim olunub.

Qeyd edək ki, “Çoox Şanslı” lotereyası “Nar”ın abunəçilərinə əlavə dəyər yaratmaq, onların gündəlik həyatına sevinc qatmaq məqsədi ilə həyata keçirilib və lotereya boyunca abunəçilər tərəfindən yüksək maraqla qarşılanıb.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam