Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

"Macarıstan Ukraynaya heç nə borclu deyil"

Ukrayna XİN rəhbəri- Andrey Sibiqa və Macarıstan XİN rəhbəri Peter Siyarto

Macarıstan Ukraynaya heç nə borclu deyil.

Yenixeber.org: Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto ukraynalı həmkarı Andrey Sibiqaya cavabında deyib.

Rusiyanın heç bir Aİ ölkəsinə hücum etmədiyini bildirən macar nazir Ukraynanın sadəcə özünü müdafiə etdiyini vurğulayıb.

“Təhlükəsizliyimizə isə Ukrayna yox, NATO zəmanət verir”, - Siyarto əlavə edib.

Qeyd edək ki, Siyarto daha əvvəl Ukraynanın Avropanı müdafiə etmədiyi fikrini səsləndirib.

Andrey Sibiqa isə Ukraynanın Avropanı qoruduğunu iddia edib.

“Ukrayna Rusiya tanklarının Avropa küçələrində hərəkət etməsinin qarşısını alır. Görünür ki, Rusiyanın mükafatları və enerji gəlirləri amneziyaya yol açıb”, - Sibiqa Peter Siyartonu nəzərdə tutaraq 1956-cı ildə Budapeştə Sovet tanklarının yeridilməsi ilə müqayisə aparıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam