Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

İranla danışıqları davam etdirəcəklər...

uitkoff-ve-kusner-iranla-danisiqlari-davam-etdirecekler

ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner İranla nüvə sazişi üzrə yeni danışıqlar raundu üçün Cenevrəyə yola düşürlər.

Yenixeber.org: Tərəflər arasında həlledici görüş fevralın 26-da baş tutacaq. Məlumata görə, artıq bir neçə həftədir ki, tərəflər nüvə sazişinin bərpası və ya yeni şərtlərlə imzalanması üçün intensiv müzakirələr aparırlar. Lakin ABŞ-nin daha əvvəl müzakirə etdiyi hərbi zərbə endirmə ehtimalı və bu yöndəki təzyiqlər danışıqlar prosesinə ciddi təsir göstərə bilər.

Agentlik yazır ki, İran Prezidenti Məsud Pezeşkian Cenevrədə dolayı yolla keçirilən təmaslar zamanı nüvə proqramı ilə bağlı qarşılıqlı təkliflər mübadiləsinin aparıldığını və prosesdə “həvəsləndirici siqnalların” olduğunu bildirib. Digər tərəfdən, Ağ Evin mətbuat katibi Kerolayn Levitt danışıqlarda müəyyən irəliləyişlərin olduğunu təsdiqləsə də, tərəflərin hələ də bir-birindən uzaq olduqlarını vurğulayıb.

Xatırladaq ki, İran daha əvvəl ABŞ ilə hər hansı yeni müqavilənin imzalanması üçün özünün məcburi şərtlərini və təhlükəsizlik zəmanətlərini açıqlamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam