Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Fuad Oktay: TRIPP bütün region, o cümlədən Gürcüstan üçün faydalı olacaq

 

Türkiyə üçün Cənubi Qafqazda sülh və stabillik həmişə prioritet olub.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin X üçtərəfli görüşündə deyib.

O, ölkəsinin Azərbaycan-Ermənistan normallaşma prosesini tam dəstəklədiyini bildirib.

“Bakı və İrəvanın atdığı son addımları etimadqurucu tədbilər hesab edirik”,- Oktay qeyd edib.

Türkiyəli rəsmi TRIPP layihəsinin bütün region üçün, o cümlədən Gürcüstan üçün faydalı olacağını vurğulayıb.

“Türkiyə Ermənistanla normallaşma prosesini davam etdirir. Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşması regionda sülh və stabilliyin güclənməsinə töhfə verəcək. Gürcüstanın burada koordinasiyası və dialoqa töhfəsi çox dəyərlidir”, - Fuad Oktay bildirib.

O, Azərbaycan, Türkiyə və Gürcüstan arasında enerji sahəsində əməkdaşlığın daha da artırıla biləcəyini deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam