Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Xocalı soyqırımını törədənlərdən beş nəfəri Azərbaycanda cəzasını alıb

 

Xocalı soyqırımının törədilməsində şübhəli bilinən şəxslərdən beşi artıq cəzasını alıb.

Yenixeber.org xatırladır ki, fevralın 5-də Bakı Hərbi Məhkəməsi Azərbaycana qarşı bir sıra cinayətlərin, o cümlədən müharibə qaydalarının aparılması, insanlıq əleyhinə cinayət, terrorçuluq və digər əməllərdə təqsirləndirilən Ermənistanın 15 vətəndaşını müxtəlif cəzalara məhkum edib.

Onların arasında beş nəfərin ittihamında soyqırımı maddəsi də var.

Belə ki, məhkəmənin qərarı ilə məhkum edilən Arkadi Qukasyan, Bako Sahakyan, Madat Babayan, Davit İşxanyan, Arayik Harutyunyana qarşı irəli sürülmüş ittihamlar arasında Xocalı soyqırımı da var.

Madat Babayan məhkəmədə Xocalı soyqırımında iştirak etdiyini etiraf da edib. O dindirilərkən 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqləyib və deyib:

"Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın".

O, Xocalıda bütün əmrləri "Xolostoy" ləqəbli Arkadi Şirinyan və Vanik Petrosyanın verdiyini qeyd edərək bildirib:

"Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər".

M.Babayan Xocalıya silahlarla gəldiklərini, zirehli texnikalardan istifadə edildiyini təsdiqləyib. Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirakını etiraf edib və deyib: "Səhv etmişik".

O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçiləri tərəfindən maşınlara yığılaraq aparıldığını bildirib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Arayik Harutyunyan, Davit İşxanyan ömürlük, digərləri isə yaşları 65-i keçdiyi üçün 20 il müddətə azadlıqdan məhrum edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam