Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

“TikTok”da canlı yayımda qəlyan çəkdi -750 manat cərimələndi

 

“TikTok”da qeyri-etik hərəkətlər edən və canlı yayım zamanı qəlyan çəkən şəxs inzibati məsuliyyətə cəlb olunub.

Yenixeber.org xəbər verir ki, “Yeraz” adlı profillə sosial şəbəkədə canlı yayım açaraq mənəviyyata zidd hərəkətlər edən şəxsin Oğuz rayonunun kəndlərindən birində yaşayan 27 yaşlı S.Sadıqov (şərti) olması müəyyənləşib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə həmin şəxs saxlanılıb və barəsində inzibati protokol tərtib edilib. Bildirilib ki, canlı yayımı 16 nəfər izləyib.

Qeyd olunub ki, vətəndaş sosial şəbəkədə canlı yayım zamanı izləyici kütləsi qarşısında tütün məmulatından (qəlyan) istifadə edərək ictimai mənəviyyata zidd davranaraq cəmiyyətə açıqca hörmətsizlik etmək, eyni zamanda canlı yayım zamanı əxlaqsız ifadələr səsləndirmək yolu ilə xırda xuliqanlıq edib. Həmçinin o, söyüş söyərək hərəkətlərinə davam edib.

Oğuz Rayon Məhkəməsinin qərarı ilə S.Sadıqov 750 manat cərimə edilib. (Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam