Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib

 

İranın ABŞ-a cavabı dünən gecə rəsmi şəkildə göndərilib.

Yenixeberorg.com: Məlumatlı mənbə “Tasnim” xəbər agentliyinə bildirib ki, ABŞ-ın 15 maddəlik təklifinə İranın cavabı dünən gecə vasitəçilər yolu ilə rəsmi şəkildə göndərilib və İran qarşı tərəfin cavabını gözləyir.

Mənbənin sözlərinə görə, İran cavabında bəyan edib ki, “düşmən tərəfindən həyata keçirilən təcavüz və terror dayandırılmalı”, müharibənin yenidən baş verməyəcəyinə dair real şərait yaradılmalı, müharibə zərərlərinin və kompensasiyaların ödənilməsi təmin olunmalı və aydın şəkildə müəyyənləşdirilməlidir.

Həmçinin müharibənin bütün cəbhələrdə və bu münaqişədə iştirak edən bütün “müqavimət qrupları” üzrə regionun hər yerində başa çatdırılması təmin olunmalıdır.

O qeyd edib ki, İranın Hörmüz boğazı üzərində suverenlik tətbiq etməsi onun təbii və qanuni haqqıdır, belə də qalacaq. Eyni zamanda qarşı tərəfin öhdəliklərinin icrasına zəmanət verilməsi də şərtlərdən biridir.

Mənbə vurğulayıb ki, İran üçün artıq aydındır ki, ABŞ-nin danışıqlarla bağlı iddiası sadəcə “üçüncü aldatma” planıdır və amerikalılar bu iddia altında bir neçə məqsəd güdürlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam