Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Əli Əsədov Türkiyə və Özbəkistanı futbol üzrə dünya çempionatına vəsiqə qazandıqları üçün təbrik edib

 

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə və Özbəkistanı futbol üzrə dünya çempionatına vəsiqə qazandıqları üçün təbrik edib.

Yenixeberorg.com-un məlumatına görə, Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı Ə. Əsədov xatırladıb ki, martın 31-də Türkiyə milli komandası Kosovo üzərində qazandığı qələbə (1-0) nəticəsində 24 il sonra yenidən futbol üzrə dünya çempionatına (ABŞ, Meksika və Kanada da təşkil ediləcək) vəsiqə qazanıb:

"Bu möhtəşəm qələbə hər birimiz üçün xüsusi sevinc mənbəyinə çevrildi. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni ürəkdən təbrik edirik. Eyni zamanda, Özbəkistanın da tarixində ilk dəfə olaraq dünya çempionatına yüksəlməsi xüsusi qürur və sevinc doğurur. Bu tarixi nailiyyətə qardaş Özbəkistan hələ ötən ilin iyun ayında imza atıb".

O vurğulayıb ki, hər iki uğur bütövlükdə türk dünyasının zəfəri kimi qiymətləndirilə bilər.

"Bu qələbələr türk xalqlarının bütün sahələrdə yüksəlişini aydın şəkildə əks etdirir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam