Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

“İranla danışıqlar bağlı qapılar arxasında baş tutacaq”

iranla-danisiqlar-bagli-qapilar-arxasinda-bas-tutacaq

ABŞ Prezidenti Donald Tramp İranla davam edən sülh prosesi və qarşıdakı danışıqların detalları ilə bağlı özünün “Truth Social” platformasında mühüm açıqlama yayıb.

Yenixeberorg.com: Ağ Ev rəhbəri son günlər dövriyyəyə buraxılan saxta sənədlər və siyahılar barədə xəbərdarlıq edib.

Tramp bildirib ki, hazırda ABŞ və İran arasındakı danışıqlara heç bir aidiyyəti olmayan şəxslər tərəfindən müxtəlif “razılaşma siyahıları” yayılır:

“Çoxsaylı razılaşmalar, siyahılar və məktublar göndərilir; bir çox hallarda bunlar açıq-aşkar fırıldaqçılar, şarlatanlar və hətta daha pisidir. Onların maxinasiyalarının üstü federal təhqiqatımız başa çatdıqdan sonra tezliklə açılacaq. Atəşkəs qərarının əsasında dayanan və Vaşinqton üçün məqbul olan yalnız bir qrup “əhəmiyyətli bəndlər” mövcuddur”.

Trampın sözlərinə görə, həmin şərtlər ictimaiyyətə açıqlanmayacaq və yalnız bağlı qapılar arxasında müzakirə olunacaq:

“ABŞ üçün məqbul olan yalnız bir qrup əhəmiyyətli bənd mövcuddur və biz onları bu danışıqlar zamanı bağlı qapılar arxasında müzakirə edəcəyik. Bunlar, əsasında atəşkəsə razılıq verdiyimiz bəndlərdir”.

Qeyd edək ki, Trampın bu bəyanatı Pakistanda keçiriləcək tarixi görüş ərəfəsinə təsadüf edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam