Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib

Milli Məclis (MM) məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

Yenixeberorg.az xəbər verir ki, bununla bağlı Mülki və İnzibati Prosessual Məcəllələrinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəddə qeyd olunub ki, hakim mübahisənin məhkəməyə aid olmadığını aşkar etdikdə aşağıdakı addımlardan birini atacaq:

- iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi zamanı aşkar etdikdə iddia ərizəsinin (ərizənin) qəbulundan imtina edir və ya iddia ərizəsini (ərizəni) geri qaytarır;

- işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər aşkar etdikdə - işi aidiyyəti məhkəməyə göndərir və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan işlər üzrə icraata xitam verir.

Layihədə vurğulanıb ki, məhkəmə baxışı zamanı hakimin öz təşəbbüsü ilə məhkəmə aidiyyətinin pozulması əsası ilə işi aidiyyəti üzrə göndərməsi və ya iş üzrə icraata xitam verməsi yolverilməzdir.

Məhkəmə baxışı zamanı məhkəmə aidiyyəti barədə ərizənin təqdim edilməsinə o halda yol verilir ki, işdə iştirak edən şəxs işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat zamanı bu Məcəllənin 284-5.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə ərizənin təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Sənədə görə, işdə iştirak edən şəxsin məhkəmə aidiyyəti barədə ərizəsi olduqda və ya hakimin öz təşəbbüsü ilə məhkəmə aidiyyəti haqqında məsələ qalxdıqda, hakim iddia ərizəsinin (ərizənin) qəbulundan imtina edilməsi, iddia ərizəsinin (ərizənin) geri qaytarılması, iş üzrə icraata xitam verilməsi, işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında (aidiyyətlə əlaqədar xitam haqqında) ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam