Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

İran Vensin məktubuna cavab verməyib

iran-vensin-mektubuna-cavab-vermeyib

İran rəhbərliyi ABŞ-nin vitse-prezidenti Cey Di Vensin ölkənin ali təhlükəsizlik rəsmisi Möhsün Rzaiyə göndərdiyi məktuba cavab verməyib.

Yenixeberorg.az: Bu barədə “Fars” xəbər agentliyi təhlükəsizlik mənbəyinə istinadən məlumat yayıb.

Məlumata görə, məktub ABŞ və İran arasında sülh danışıqlarının yenidən başlanması məqsədilə göndərilib. Mənbə İran rəsmilərinə əvvəlki illərdə də ABŞ tərəfindən məktublar göndərildiyini və bunun qeyri-adi hal olmadığını bildirib. O, məktubun məzmunu ilə bağlı yayılan məlumatların isə həqiqəti əks etdirmədiyini vurğulayıb.

Qeyd edək ki, bundan öncə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən Donald Trampın göstərişi ilə Vensin Möhsün Rzaiyə məktub göndərdiyini yazmışdı.

ABŞ Prezidenti Donald Tramp isə bu məlumatı təkzib edib. O, Vensin yalnız İranın ehtiyac duyduğu tibbi ləvazimatların təmin edilməsinə kömək etdiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam