Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Sabah bəzi ərazilərdə işıq olmayacaq -SƏBƏB

featured-image-778395

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 30-da Yasamal və Səbail Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM), Abşeronda isə elektrik yarımstansiyasında təmir işləri aparılacaq.

Yenixeberorg.az: Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Yasamalda saat 10:00-dan 13:00-dək Kazım Kazımzadə və Şəfayət Mehdiyev küçələri, İkinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

Səbail rayonu Bayıl qəsəbəsi Gülbala Əliyev küçəsində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Abşeron RETSİ ərazisində 110/35/10 kV-luq 137 saylı yarımstasiyada təmir işləri yerinə yetiriləcək. Beləliklə, saat 10:00-dan 16:00-dək 35/6 kV-luq “Pirkəşkül”, “Çaylı” və “Cəngi” yarımstansiyaları, həmçinin “Pirəkəşkül” yarımstansiyasından çıxan bir sıra 6 kV-luq hava xətləri, eləcə də Çaylı, Cəngi və Təzəkənd kəndləri müvəqqəti olaraq gərginliksiz qalacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam