Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Paşinyan və Purməhəmmədi regional kommunikasiyaların açılması məsələsini müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan və İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi İrəvanda regional kommunikasiyaların açılması prosesləri barədə fikir mübadiləsi aparıb.

Yenixeberorg.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistanın Baş naziri hər iki ölkənin müxtəlif istiqamətlər üzrə birgə proqramları uğurla həyata keçirdiyini qeyd edib, onların ikitərəfli əlaqələrin inkişafına və genişlənməsinə töhfə verdiyini vurğulayıb.

Onlar həmçinin Ermənistan-İran sərhədi infrastrukturunun inkişafı, birgə yol tikintisi proqramları, eləcə də energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa dair məsələləri müzakirə ediblər.

Daha əvvəl Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan da Purməhəmmədi ilə danışıqlar aparıb. Onlar Ermənistanla İran arasında ticari-iqtisadi münasibətlərin gələcək inkişafı üçün böyük potensialın olduğunu vurğulayıblar.

Purməhəmmədi Ermənistan-İran hökumətlərarası birgə komissiyasının 19-cu sessiyası çərçivəsində noyabrın 8-i axşam saatlarında Ermənistana gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam