Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

"Dərhal Ukraynaya qoşun göndərilməlidir"

Dərhal Ukraynaya qoşun göndərilməlidir - Rasmussen

Böyük Britaniya və Fransa dərhal Ukraynaya qoşun göndərməlidir.

Yenixeberorg.az: Bunu NATO-nun keçmiş baş katibi və Danimarkanın sabiq baş naziri Anders Foq Rasmussen deyib.

Rasmussen Avropanın iki nüvə dövlətini Kreml sülh danışıqlarını uzatdığı bir vaxtda gözləmə mövqeyində qalmaqda ittiham edib:

“Son bir neçə ay ərzində Fransa və Böyük Britaniya könüllülər koalisiyası yaratmağa çalışırdı. Lakin indi bu, daha çox gözləyənlər koalisiyasına çevrilib. Biz bunu fəaliyyət göstərən koalisiyaya çevirməli, Ukraynaya qoşun göndərməliyik. Sülh sazişini gözləmək olmaz. Əksinə, Putinə açıq şəkildə bildirməliyik ki, o, bizi çəkindirə bilməz və biz ukraynalılara kritik infrastrukturunu hücumlardan qorumaqda kömək edəcəyik”.

Rasmussen həmçinin Almaniya, İspaniya və Yunanıstanı “Patriot” hava hücumundan müdafiə sistemləri üçün malik olduqları bütün raket-mühafizə ehtiyatlarını Ukraynaya verməyə çağırıb. Bununla yanaşı, o, Ukraynanın müdafiəsini gücləndirmək üçün NATO-nun inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemlərinin ölkənin qərb bölgələrinə qədər genişləndirilməsini təklif edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam