Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

İlham Əliyev Çexiyanın Baş naziri ilə görüşüb -FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub.

Yenixeberorg.az: Baş nazir Andrey Babiş bu ilin aprelində ölkəmizə rəsmi səfərini və Qəbələdə dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı. Həmin səfər çərçivəsində müzakirə olunmuş mövzuların icrasında yaxşı nəticələrin əldə olunduğu vurğulandı.

Görüşdə iqtisadi-ticari əlaqələrimizin inkişafı, investisiya layihələrinin həyata keçirilməsi, iki ölkənin biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olundu.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rola toxunularaq, ölkəmizin Çexiyanın ən iri neft təchizatçısı olduğu qeyd edildi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam