Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

İlham Əliyev rumıniyalı həmkarı ilə də görüşüb -FOTOLAR

Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb.

Yenixeberorg.az: Dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu vurğulayaraq, Azərbaycan Prezidentini Rumıniyada səfərdə görməkdən məmnun olacağını bildirdi.

Prezident İlham Əliyev münasibətlərimizin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini dedi və əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğuladı.

Dövlət başçıları ikitərəfli müzakirələrə əsaslanaraq, strateji tərəfdaşlığımızın dərinləşdirilməsinə, əsas enerji və bağlantı layihələrinin irəlilədilməsinə, həmçinin ortaq siyasi və iqtisadi gündəliyin həyata keçirilməsinə dair fikir mübadiləsi apardılar.

Azərbaycanın Rumıniya üçün və Avropanın enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaş olduğu vurğulandı. Enerji sahəsində mövcud əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirildi. Xəzər dənizini və Qara dənizi birləşdirən əməkdaşlığımızın inkişafı üçün böyük potensialın mövcudluğu qeyd edildi.

Görüşdə ölkələrimiz arasında bağlantılar, şəhərlərarası və elm-təhsil sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, müdafiə sənayesi sahəsində əlaqələrin perspektivləri qeyd edildi.

Son dövrlərdə ölkələrimiz arasında müxtəlif səviyyələrdə həyata keçirilən səfərlərin əhəmiyyəti vurğulandı.

Rumıniya Prezidenti əlaqələrimizin humanitar-mədəni aspektinin vacib hissəsi kimi paytaxt Buxarestdə Heydər Əliyev parkının mövcudluğunu qeyd etdi və hazırda parkda təmir işlərinin uğurla aparıldığını bildirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam