Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"Danimarka Ukraynaya 645 milyon avroluq yardım ayıracaq"

Ukrayna Prezidenti Volodimir Zelenski

Danimarka Ukraynaya 645 milyon avro dəyərində yeni yardım paketi təqdim edəcək.

Yenixeberorg.az: Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yardım paketinə F-16 qırıcıları üçün 20 millimetrlik döyüş sursatları da daxildir. Bu sursatlardan reaktiv mühərrikli “Şahed” pilotsuz uçuş aparatlarının vurulması üçün istifadə olunacaq.

Zelenski bildirib ki, Danimarka dron istehsalına təxminən 200 milyon avro ayıracaq. Bundan əlavə, birgə istehsal layihələri üçün də ayrıca maliyyə vəsaiti nəzərdə tutulub.

Ukrayna Prezidenti Xerson vilayətinin enerji infrastrukturunun dəstəklənməsi üçün ayrıca yardım paketinin hazırlandığını da açıqlayıb.

“Xersonun azad edilməsinin ildönümü ilə əlaqədar bölgədə enerji vəziyyətinin ağır olduğunu bildirdim və yardım istədim. F-16 qırıcıları üçün bizə lazım olan böyük həcmdə sursatı da ayrıca müzakirə edirik. Söhbət altı ay üçün 800 min ədəd sursatdan gedir. Danimarkada keçirilən görüş zamanı bu məsələnin həllinə dair razılığa gəldik. Buna görə onlara çox minnətdaram”, – Zelenski deyib.("Unian")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam