Almaniyanın xarici işlər naziri Ermənistana gedib

Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Bakından İrəvana uçan təyyarəsi Gürcüstanın hava məkanından keçib.
Yenixeberorg.az: Bu barədə "Sputnik-Armenia" məlumat yayıb.
Məlumata görə, nazirin olduğu Almaniya Hərbi Hava Qüvvələrinə məxsus Airbus A350-900 tipli təyyarənin uçuş marşrutu Flightradar24 platformasının məlumatlarında əks olunub.
Qeyd edək ki, Yohann Vadeful noyabrın 17-18-də Azərbaycanda səfərdə olub. O, bu gün İrəvana gedərək Ermənistan rəhbərliyi ilə görüşəcək.









AZ
RU