Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Milli Məclisdə ​turizm üzrə təhsil müddətinin üç ilə endirilməsi təklif olunub

Milli Məclisdə turizm üzrə ali təhsil ocaqlarında təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi ilə bağlı təklif irəli sürülüb.

Yenixeberorg.az xəbər verir ki, bu barədə deputat, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda turizm yönümlü ali təhsil müddətinin optimallaşdırılması mühüm əhəmiyyət kəsb edir: "Ölkədə turizm sektoru sürətlə inkişaf edir və ildən-ilə turistlərin artması bu sahədə ixtisaslı kadrlara tələbatı artırır. Odur ki, turizm üzrə ali təhsil ocaqlarında təhsil müddəti 3 ilə endirilməsini təklif edirəm. Bu yanaşma gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına və xidmət sektorunun ixtisaslı kadrlarla operativ təmin edilməsinə geniş imkan açacaq".

Deputatın digər təklifinə görə, Bakının Yasamal rayonunda avtobus marşrutlarının sayı artırılmalıdır: "Yasamal əhali sıxlığına, həmçinin tələbə axınına görə paytaxtın ən dinamik rayonlarından biridir. Ali təhsil müəssələrinin əksəriyyətinin "Elmlər Akademiyası" metro stansiyası ətrafında cəmləşməsi bu ərazidə dərs saatlarında ciddi sərnişin sıxlığına səbəb olur. Bu baxımdan ərazidə avtobus marşrutlarının artırılması və ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə ehtiyac var".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam