Redaktor seçimi
Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Günün xəbəri

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar-FOTO

Hanoyda noyabrın 21-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub.

Yenixeberorg.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhnə Məhəlləsindəki (Old Quarter) XIX əsrdə tikilmiş, orijinal yaşayış memarlığını və tacir həyat tərzini əks etdirən İrs Evində Vyetnam irsinə aid əl işləri haqqında məlumat verildi.

Azərbaycanın birinci xanımı və qızları Vyetnam çay təqdimetmə mərasiminə baxdılar.

Sonra tarixi XI əsrə gedib çıxan və UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş ənənəvi ifa sənəti (Ca Trù) nümayiş etdirildi. Bu, qadın ifaçının poetik ifası ilə üçsimli musiqi alətinin və barabanın müşayiətini özündə birləşdirir.

Daha sonra Vyetnamın rəmzi milli geyimi (Áo Dài) nümayiş olundu. Ənənəvi ipək parçalardan hazırlanmış, naxış və işləmələrlə bəzədilmiş milli geyimlər Vyetnamın müxtəlif dövrlərini əhatə edir.

Sonda Azərbaycanın birinci xanımına Vyetnam kalliqrafiya sənəti nümunəsi təqdim olundu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam