Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Mübariz Qurbanlı Gəncədə vətəndaşları qəbul edib

 

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə şəhərində vətəndaşları qəbul edib

 

Yenixeber.org: Dövlət Komitəsindən verilən məlumatına görə, qəbuldan əvvəl Mübariz Qurbanlı və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev ümummilli lider Heydər Əliyevin şəhərin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında keçirilən qəbulda M.Qurbanlı Gəncə, Naftalan şəhərlərinin, Daşkəsən, Göygöl, Goranboy, Samux rayonları sakinlərinin müraciətlərinə baxıb.

Vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin dini təyinatlı kitablarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam