Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Bakıda PEMPAL proqramı çərçivəsində Xəzinədarlıq orqanlarının növbəti seminar-konfransı keçirilib

 

 

Aprelin 10-13-də Bakıda Dünya Bankının “Dünya maliyyəsinin idarəedilməsi üzrə təcrübə mübadiləsi (PEMPAL) proqramı çərçivəsində Xəzinədarlıq orqanlarının növbəti seminar-konfransı keçirilib

 

Yenixeber.org: Tədbirdə 18 ölkənin 70-dən çox nümayəndəsi, o cümlədən Dünya Bankı və PEMPAL katibliyinin təmsilçiləri, xarici ekspertləri iştirak ediblər.

İnformasiya texnologiyaları, mühasibat uçotu və hesabatlıq sahəsində aparılan islahatlara həsr olunan seminar-konfrans çərçivəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində tətbiq olunan, real vaxt rejimində bütün xəzinə və bank əməliyyatlarını həyata keçirən və faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi iştirakçılarda böyük maraq yaradıb.

Tədbirin rəsmi açılışında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və maliyyə nazirinin müavini Azər Bayramov çıxış edərək tədbirin əhəmiyyətindən və vacibliyindən, maliyyə sistemində uğurla həyata keçirilən islahatlardan, habelə qarşıda duran vəzifələrdən bəhs ediblər.

Z.Səmədzadə bildirib ki, Prezident İlham Əliyev tərəfindən uğurla aparılan müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycan qısa dövr ərzində yeni inkişaf mərhələsinə qədəm qoyaraq bir çox zirvələri fəth etmiş, iqtisadi qüdrəti günü-gündən artan, etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik ölkəyə çevrilib. O qeyd edib ki, Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizin beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə səbəb olub.

A.Bayramov isə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlar və bu sahədə şəffaflığın təmin olunması istiqamətində əldə olunan nailiyyətlərlə yaxından tanış olmaq, müasir informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar ən qabaqcıl təcrübələrin mübadiləsi, yeniliklərin tətbiqi, digər ölkələrdə mövcud olan analoji sistemlərin xüsusiyyətlərini və təcrübəsini öyrənmək məqsədilə belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam