Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Milli Məclisin sədri Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubiley tədbirində iştirak edir

 

Bu gün Tbilisidə Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi geniş qeyd olunur


Yenixeber.org:  Yubiley tədbirlərində iştirak etmək üçün 6 ölkənin prezidenti, 20 ölkənin yüksək vəzifəli şəxsləri, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Gürcüstana gəliblər.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili səhər saatlarında yubiley tədbirində iştirak etmək üçün bu ölkəyə gələn nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.
Sonra qonaqlar Tbilisinin mərkəzindəki Azadlıq meydanında gənc əsgərlərin andiçmə mərasimində iştirak ediblər.
Burada Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirikaşvili, parlamentin sədri İrakli Kobaxidze, müdafiə naziri Levan İzoria, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker çıxış edib, gürcü xalqını bayram münasibətilə təbrik ediblər.
Qeyd edək ki, 26 may - Müstəqillik Günü Gürcüstanda 1991-ci ildən qeyd olunur. Gürcüstan Demokratik Respublikası ilk dəfə 1918-ci il mayın 26-da Noe Jordaniya tərəfindən elan olunub.
Xatırladaq ki, Tbilisidə keçirilən yubiley tədbirinə Litva, Latviya, Finlandiya, Polşa, Slovakiya və Ermənistan prezidentləri də qatılıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam