Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Azərbaycan Prezidenti:“Ölkəmizin uzunmüddətli inkişaf strategiyası təmin olunub”

 

 “Son illərdə Azərbaycanın iqtisadi müstəqilliyi təmin olunub, iqtisadiyyat 3,2 dəfə artıb, böyük valyuta ehtiyatları yaranıb”
Yenixeber.org:  Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.
Prezident vurğulayıb ki, bunu beynəlxalq reytinqlər də təsdiqləyir: “Belə ki, Davos İqtisadi Forumunun hesabatına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerdədir. Bundan əlavə, sosial dövlət olan Azərbaycanda son illər bu sahədə görülən işlər, icra olunan infrastruktur layihələri bir daha təsdiqləyir ki, ölkəmizin təbii resursları insan kapitalına çevrilib. Azərbaycanın təşəbbüsü ilə nəhəng neft kəmərlərinin istismara verilməsi sayəsində dənizlər, nəqliyyat infrastrukturunun qurulması ilə qitələr birləşib. Cənub Qaz Dəhlizinin icrası və Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı addımlar atılıb. Bununla da ölkəmizin uzunmüddətli inkişaf strategiyası təmin olunub”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam