Redaktor seçimi
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
Günün xəbəri

İspaniya kralının kürəkəni cəzasını qadın həbsxanasında çəkəcək–Korrupsiyaya görə 5 il həbs cəzası verilib (FOTO)



İspaniya şahzadəsi Kristinanın həyat yoldaşı İnyaki Urdaqarin iyunun 18-də səhər saatlarında həbs müddətini çəkmək üçün yaşadığı Cenevrədən Avila şəhərinə gəlib.

Yenixeber.org: Ötən çərşənbə günü Palma məhkəməsi Urdaqarinə həbsxana seçməsi üçün 82 variant və 5 gün müddət vermişdi. Kralın kürəkəni beş il on aylıq cəzasını çəkmək üçün Avila həbsxanasını seçib.

İnyaki Urdaqarinin seçdiyi həbsxana əsasən qadınlar üçündür, kişilər üçün isə çox kiçik bir hissəsi var. Hazırda bu hissədə cəzaçəkən yoxdur. Bu da o deməkdir ki, kral Felipenin bacısının korrupsiyada günahlandırılan həyat yoldaşı cəzasını binada tək olaraq çəkəcək. Demək olar ki, daim boş olan həbsxananın həmin hissəsinin xırda təmirə ehtiyacı var.

Həbsxanaya girən İnyaki Urdaqarin adi cəzalılar kimi eyni proseduralardan keçəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam