Redaktor seçimi
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
Günün xəbəri

Azərbaycan, Türkiyə və Gürcüstan orduları birgə təlimlər keçirəcək

Flags_Azerbaijan_Turkey_Georgia_090612

“Regionda təhdidlərin artması müşahidə olunur. Odur ki, səylərimizi birləşdirərək bu problemləri aradan qaldırmağa nail ola bilərik”.

Yenixeber.org: Bunu Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia Azərbaycan- Gürcüstan-Türkiyə hərbi rəhbərlərinin Bakıda keçirilən 3-cü üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkliyib: “Biz hər zaman xatırlayırıq ki, böhran vəziyyətimizdə Azərbaycan və Türkiyə yanımızda olub. Bizim üçtərəfli əməkdaşlığımız çox vacibdir. Əməkdaşlığımız əsas etibarı ilə regionda sabitliyin qorunmasını özünə əks etdirir”.

Vladimer Çaçibaia əlavə edib ki, aktiv şəkildə birgə təlimlər keçiriləcək: “O təlimlər ki, bizim hərbi qulluqçularımız arasında təcrübə mübadiləsi yönündə xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda təhsil, idman sahəsində əməkdaşlıq edəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam