Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Qətər ABŞ-ın İranla bağlı qərarına qarşı çıxdı:"Bu, İran neftindən faydalanan ölkələrə mənfi təsir göstərir"

Qətər ABŞ-ın İrana qarşı neft sanksiyalarının sərtləşdirilməsi qərarı ilə razı deyil.

Yenixeber.org: Bunu ərəb ölkəsinin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani deyib.

“Sanksiyalar genişləndirilməməlidir, çünki bu, İran neftindən faydalanan ölkələrə mənfi təsir göstərir”,– deyə “Reuters” nazirin sözlərini sitat gətirir.

“Biz Qətərdə hesab edirik ki, birtərəfli sanksiyalar yalnız və yalnız dialoq yolu ilə həll edilməli olan böhranlara müsbət effekt verəcək”, – deyə Qətərin XİN rəhbəri bildirib.

ABŞ Prezidenti Donald Tramp aprelin 22-də İrana qarşı 2018-ci ilin noyabrında bərpa olunmuş neft sanksiyalarından istisnaların müddətini uzatmamaq qərarına gəlib. Belə olan halda Vaşinqton İran neftinin idxalına qadağa tətbiq etmiş olub, lakin iri idxalçılara altı ay ərzində alışları davam etdirmək icazəsi verib. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam