Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bazar gününə olan hava proqnozu açıqlandı

 

Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb. 

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, mayın 5-də Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 13-15° isti, gündüz 19-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 9-14° isti təşkil edəcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam