Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Hacıların ilk qrupu avqustun 21-i Bakıya yola düşəcəklər - FOTO

 

Azərbaycanlı zəvvarlar Həccin bütün əməllərini yerinə yetirərək hacı olublar.

Yenixeber.org:  Müqəddəs Həcc ziyarətinin bütün əməllərini bitirən azərbaycanlı hacılar avqustun 18-də Mədinə şəhərinə gedəcəklər. Orada üç gün qaldıqda Mədineyi-Münəvvərə şəhərindəki Məscidi-Nəbəvib və Bəqi qəbiristanlığında olacaqlar.

Hacıların ilk qrupu avqustun 21-i Bakıya yola düşəcəklər. Həmin gün Bakıya ümumilikdə üç reys nəzərdə tutulub.

Hacıları Vətənə gətirəcək ilk təyyarə reysi Səudiyyə Ərəbistanından Bakı vaxtı ilə saat 10.00-da yola düşəcək. Təyyarə saat 14.20-də Heydər Əliyev beynəlxalq hava limanında olacaq.

Avqustun 25-nə qədər davam edəcək reyslər gün ərzində 1 və ya iki dəfə planlaşdırılır.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam