Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bakının girişində güclü toz dumanı müşahidə olunur - VİDEO

Bakının Qaradağ rayonunda güclü toz dumanı müşahidə olunur.

Yenixeber.org:   Səhər saatlarından başlayan mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib. Nəticədə atmosfer havasında tozun miqdarı artıb.

Hətta Qaradağ rayonu ərazisində müşahidə olunan toz dumanı nəqliyyatın hərəkətinə maneələr yaradıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti şimal- qərb küləyinin sürətinin Sumqayıtda 34 m/s, Bakıda 35 m/s, Balakəndə 25 m/s, Pirallahıda 26 m/s, Maştağada, Ələtdə, Neftçalada 24 m/s, Ağstafada, Neft Daşlarında və Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Çilovda, Zaqatalada və Gəncədə isə 20 m/s-dək gücləndiyi barədə məlumçat yayıb. Güclü küləklə əlaqədar olaraq, hazırda Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Videonu "Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu sosial şəbəkədə paylaşıb.

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam