Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Ali Məhkəmə “Azadlıq” qəzeti, “Azadlıq” radiosu, “Meydan” TV-yə qoyulan qadağanı götürdü

Sentyabrın 10-da Ali Məhkəmədə  "Azadlıq" qəzeti, "Azadlıq Radiosu", "Azərbaycan Saatı" proqramı, "Turan" TV və "Meydan" TV-nin saytlarına blok qoyulmasını nəzərdə tutan qərarla bağlı verilən kassasiya şikayətinə baxılıb.

Yenixeber.org:   Hakim Ələsgər Əliyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilmiş qərara əsasən, saytlara blok qoyulması ilə bağlı qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında 2017-ci il mayında "Azadlıq" qəzeti, "Azadlıq Radiosu", "Azərbaycan Saatı" proqramı, "Turan" TV və "Meydan" TV-nin saytının bloklanması barədə qərar çıxarıb.

Bakı Apelyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti təmin etməyib. 

Bakı Apelyasiya Məhkəməsinin qərarından isə Ali Məhkəməyə kassasiya şikayəti verilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam