Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

XİN başçısı: “Erməni soyadlı Rusiya vətəndaşları Azərbaycana gəlməzdən əvvəl ...”

“Erməni əsilli Rusiya vətəndaşları Azərbaycana gəlməmişdən əvvəl səfirliyə məlumat verməlidirlər”.

Yenixeber.org: Bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində erməni əsilli Rusiya vətəndaşlarının ölkəyə girişinə icazə verilməməsi barədə guya mövcud olan təcrübə məsələsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bəzən erməni əsilli Rusiya vətəndaşları məsələnin həssaslığını bildiklərindən Azərbaycana gəldikdən sonra PR nöqteyi-nəzərdən bu barədə qalmaqal yaradırlar.

“Biz deyirik ki, erməni soyadlı hansısa Rusiya vətəndaşı Azərbaycana gəlmək istəyirsə, Allah xatirinə, qoy gəlsin! Amma, qoy heç olmasa səfirliyimizə məlumat versinlər, çünki Rusiya ilə vizasız gediş-gəlişimiz var. Mövcud münaqişə ilə bağlı Azərbaycandakı emosional fonu nəzərə alaraq, əvvəlcədən alınan məlumatlar məsələnin şişirdilməsinin qarşısını almağa imkan verəcək. Biz həmişə Rusiya tərəfi ilə bu mövzuda açıq danışırıq”, – nazir əlavə edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam