Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Sabahın hava proqnozu

 

 

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.  

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

Sabah Azərbaycanın qərb rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 10-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam