Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Tətildə olan azərbaycanlı magistrə Çindən məktub gəlib:"Bura dönməyin!"

Çinin ali məktəbləri bu ölkədə təhsil alan xarici tələbələrin geri qayıtmasını qeyri-müəyyən müddətə təxirə salıb.  

Yenixeber.org:  Bu barədə saytımıza ÇXR-in Hefey şəhərində yerləşən universitetdə ( University of Science and Technology of China ) magistr üzrə təhsil alan Ülkər Eldarqızı məlumat verib.

Xalq Respublikası yaz semestrindən əvvəl ölkələrinə dönən tələbələrinə rəsmi məktubla müraciət edib.

Azərbaycanlı magistr bildirib ki, təhsil aldığı universitet ona iki rəsmi məktub göndərib. Məktublar yaz semestrinin qeyri-müəyyən vaxta təxirə salındığı və Çinə gəlməmək ilə bağlı olub:

“Artıq ikinci məktubu da göndərdilər. Hər gün bizimlə əlaqə saxlayırlar. Bildirirlər ki, virusla bağlı yaz semestrinin nə vaxt başlayacağı məlum deyil. Yəni onlar deyənə kimi Çinə dönməməliyik”.

Tələbələrə göndərilən məktubda qeyd edilib ki, tələbələrdən kimsə vaxtından əvvəl dönərsə, cəzalandırılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam