Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Rayonlarda şaxta olacaq-10 dərəcə

 

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 6-8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 0-5 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında arabir güclənən gilavar küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam