Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

"Qoraddel"in rəisi koronavirusa yoluxdu-Kiyevdə

 Ukrayna Milli Polisi sədrinin müavini, Kiyev polisinin rəisi Andrey Krişenko koronavirusa yoluxub.

Yenixeber.org: Bu haqda məlumatı Daxili İşlər Naziri Arsen Avakovun müşaviri Anton Qeraşenko Facebook səhifəsində yayıb.

Bundan əlavə, iki polis və bir kursantda da koronavirus təsdiqlənib. Belə ki, xəstəliyin ilk halı İvano-Frankovskdakı yerli polis məmurunda, ikincisi isə Kiyev polisi idarəsinin rəisində aşkarlanıb.

Bu gün xəstəlik Berdyansk polis idarəsində təcrübə keçən bir laboratoriya kursantında da təsdiqlənib.

Qeraşenko deyib ki, nə Krişenko, nə onun ailə üzvləri son bir ay ərzində xaricdə olub.

İndi paytaxt polisi rəhbərinin vəziyyəti qənaətbəxşdir və vəzifəsini uzaqdan icra edir.

Mənbə bildirir ki, paytaxt qərargahının binaları dezinfeksiya edilir.

Daha əvvəl Kiyevdə COVID-19 virusuna yoluxanların sayının 55 nəfərə çatdığı bildirilmişdi. Ötən gün ərzində 8 nəfər yoluxub. Xəstələnənlərdən ikisi Aleksandrovski, ikisi paytaxtdakı 4 nömrəli, ikisi Daxili İşlər Nazirliyinin xəstəxanasındadır, daha iki nəfər evdə özünü təcrid edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam