Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

TƏBİB-dən koronavirusla bağlı sevindirici AÇIQLAMA - VİDEO

Koronavirusla bağlı müsbət rəqəmlər onu göstərir ki, artıq biz pik həddi keçmişik. Buna görə də karantinlə bağlı yumşalma tədbirlərinə başlamaq olar.

Yenixeber.org: Bunu XəzərXəbər-ə açıqlamasında TƏBİB-in işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. Millət vəkili Vüqar Bayramov isə müəyyən yeniliklərin tətbiqi ilə bir sıra iş yerlərinin açılmasının mümkün olduğunu bildirib.

TƏBİB-in işçi qrupunun rəhbəri Vasif Əlilyev koronavirusla mübarizədə Azərbaycanın kritik həddi keçdiyini açıqladı.

Asif Əliyev bildirir ki, ancaq bu insanların tamamilə arxayınlaşmasına gətirib çıxarmamalıdır. Çünki, virusun ikinci dalğası ilə bağlı müəyyən ehtimallar mövcuddur. Buna görə qaydalar yumşalsa belə ehtiyyatı əldən vermək olmaz.

Millət vəkili Vüqar Bayramov bildirir ki, Avropa ölkələrində olduğu kimi bəzi fəaliyyət sahələrininfəaliyyətinə icazə verilə bilər.

Millət vəkili sadələşmiş vergi ödəyicisi olan iş yerlərinə də qoyulan qadağaların götürülə biləcəyini bildirib. Vüqar Bayramovun sözlərinə görə, bu iş yerlərinin açılması iqtisadi məşğulluqda yenidən canlanmanın yaranması baxımından vacibdir.

Mütəxəssislərin sözlərinə görə, xüsusi karantin rejimindən mərhələli çıxış üzrə bir sıra variantlar hazırlanır. Ehtimal olunur ki, fəaliyyətinə qadağa qoyulan sahələr 3 mərhələdə açıla bilər.

İlkin mərhələdə Mebel, geyim, kosmetika, mobil telefon satışı, bərbərxana, gözəllik salonu, fərdi tədris kimi bəzi sahələrin fəaliyyətinə icazə verilə bilər.

İkinci mərhələdə kafe, restoran, çay evi, bar və pabların fəaliyyətinə bərpa oluna bilər.

Üçüncü mərhələdə isə şadlıq evləri, mollar, bazarlar, əyləncə mərkəzləri, kinoteatrlar, mərasim evləri, oyun zallarının fəaliyyətinə icazələrin bərpası mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam