Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Qonşu ölkədə koronavirusla bağlı yeni test hazırlandı

 

İran alimləri koronavirusun mövcudluğunu 30 saniyə ərzində aşkarlamağa kömək edən test sistemini yaradıblar.

Yenixeber.org: Bu barədə “Mehr” agentliyi bildirib.

Qeyd edilir ki, sistem nanomateriallardan istifadə ilə yaradılıb. Agentliyin məlumatına görə, yeni test koronavirusun mövcudluğunu 95% dəqiqliklə aşkarlamağa qadirdir. Test həmçinin xəstəliyin ilk mərhələlərində virusu üzə çıxarır.

Qeyd edilir ki, test sistemi hələ sertifikatlaşdırılmayıb.

İranda daha 48 nəfər koronavirusun qurbanı olub. Ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 6 733 nəfər olduğunu deyib. O bildirib ki, daha 1 481 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 110 767 nəfərə çatıb. K.Cahanpur 88 357 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını söyləyib. O həmçinin 2 713 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam