Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Bakıya yeni su kəməri çəkiləcək -10 anbar tikiləcək

Bakıya yeni su kəməri çəkiləcək, 10 anbar tikiləcək
“Azərsu” ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020-ci ilin avqust–dekabr aylarında III Şollar su kəmərinin mənbəyinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlayacaq və layihələndirmə həyata keçiriləcək.
Yenixeber.org: Bununla bağlı məsələ Prezident İlham Əliyevin 27 iyul 2020-ci tarixli sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Azərbaycanda yeni su anbarları da yaradılacaq. Lağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarları aşağıdakılardır:

1. Əlicançay su anbarı

2. Qudiyalçay su anbarı

3. Vəlvələçay su anbarı

4. Qaraçay su anbarı

5. Qusarçay su anbarı

6. Ağsuçay su anbarı

7. Türyançay su anbarı

8. Yengicə su anbarı

9. Viləşçay su anbarı

10. Zəyəmçay su anbarı.

“Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi 2020-2021-ci illərdə ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsini təmin etməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam